KepezTV Player
Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb. "Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”, - deyə vurğulayıb. **Türkiyə Prezidenti Şırnak vilayətində keçirilən konqresdə isə Azərbaycanın mübarizəsindən danışıb. “Azərbaycanlı qardşlarımız Ermənistana qarşı çox ciddi mübarizədədir. Biz niyə Azərbaycanda varıq, niyə qardaşlarımızın yanındayıq? Çünki biz haqqın və haqlının yanındayıq, zülm harda varsa, ona qarşıyıq”.
- Baxış: 129