• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1880
— 18.10.2020 14:03

Axtarış-xilasetmə işləri yekunlaşıb

KepezTV Player

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri ötən gecə saat 1 radələrində Gəncəni yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Nazirliyin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət alan 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.