Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal Gəncədəki Yəhudi Dini İcmasının üzvləri ilə görüşüb. Görüşdə baş ravvinə Ermənistan ordusunun törətdiyi terror, dinc əhalini hədəfə alması barədə məlumat verilib.Gəncədə gecə vaxtı raket zərbələri endirilən yaşayış məhəllələrinə baş çəkilib.
Şneor Segal - aşkenazilərin baş ravvini: Çox təəssüf ki, mənim Gəncəyə bu dəfəki gəlişim dəhşətli faciənin baş verdiyi vaxta təsadüf etdi. Dəhşətli raket hücumu nəticəsində evlər dağılıb, insanlar ölüb. Mülki şəxslərin öldürülməsi çox dəhşətlidir. İnsanların yatdığı yerdə öldürülməsi barbarlıqdır, dünya bunu eşitməlidir. Bunu dayandırmaq lazımdır, mülki əhalinin heç bir günahı yoxdur. Biz yaralıların tez bir zamanda sağalması, ordumuzun qələbəsi və ölənlərin ruhu üçün dualar etdik. Bütün əsgərlərimiz sağ-salamat qayıtsınlar.
- Baxış: 135