• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1825
— 18.10.2020 14:06

XİN-dən pozulan humanitar atəşkəs açıqlaması

KepezTV Player

Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında 18 oktyabr tarixində humanitar atəşkəsə razılıq verdi. XİN-dən bildirilib ki, Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra yerli vaxtla gecə saat 1-ə 2 dəqiqə işləmişdən etibarən Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də Cəbrayıl rayonunun Araz çayı boyunca yerləşən işğaldan azad olunan kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutub. Dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarındakı mövqeləri atəşə tutulub. Cəbhədə vəziyyəti gərgin saxlayan Ermənistan silahlı qüvvələri Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib. Qarşı tərəfin elan edilən növbəti humanitar atəşkəsi kobud şəkildə pozması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini və onun münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir. Bu, həmçinin vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir. Azərbaycan humanitar atəşkəsə sadiqdir, lakin öz mülki əhalisini və mövqelərini müdafiə etmək üçün cavab tədbirləri görmək hüququnu özündə saxlayır.