• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2281
— 18.10.2020 12:24

Əl-Cəzirə Gəncə terroru ilə bağlı həqiqətləri dünyaya yayımlayıb

KepezTV Player

“Ermənistan rəhbərliyi tamamilə əxlaqsız şəkildə Gəncəyə SCAD raketləri ilə hücumu inkar edir. 4 oktyabrdan bəri Ermənistan silahlı qüvvələri Gəncə də daxil olmaqla Azərbaycanın ən böyük şəhərlərinə hücumlar edir. Gəncə şəhərinə gecə hamı yatanda hücum edildi". Prezidentin köməkçisi Hikmət Hacıyev Əl-Cəzirə telekanalına verdiyi müsahibəsində belə deyib. Jurnalistin Azərbaycan qoşunlarının Stepanakerti atəşə tutduğu sualına Hikmət Hacıyev “Bu doğru deyil. Hər şeydən əvvəl şəhərin adı Xankəndidir. Azərbaycan mülki əhalini hədəf götürmür və Ermənistanla Azərbaycan arasındakı fərq budur" - deyə cavab verib. Prezidentin köməkçisi hərbi əməliyyatların getdiyi zonadan çox uzaqda yerləşən şəhərə hücum etmək üçün hərbi ehtiyacın olmadığına toxunaraq belə bir şəraitdə beynəlxalq birliyin susması və Ermənistanın qanunsuz hərəkətlərinin və hərbi cinayətlərinin qınanmaması işğalçının bu cür təxribatları davam etdirməsinə əsas yaratdığını vurğulayıb.