• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2514
— 17.10.2020 18:29

Növbəti dəfə dinc sakinlər hədəfə alındı

KepezTV Player

Gəncə bu gecə də sakit deyildi. Oktyabrın 4-dən müəyyən fasilələrlə hədəf alınan şəhər bu dəfə Skadla vuruldu. Ermənilər tərəfindən atılan 4 raketdən 2-si zərərsizləşdirilsə də, digər ikisi bundan əvvəlkilərdə olduğu kimi yaşayış məntəqələrinə ünvanlandı. Özü də insanların yatdığı bir vaxtda. Yenə də günahsız körpələr, qadınlar, qocalar, bir sözlə dinc sakinlər xain hücumun qurbanı oldu. Son məlumatlara görə, 14 nəfər erməni terrorunun qurbanı olub, 55 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Gecə saat 1 radələrində şəhərə düşəm mərmilər hər kəsi səksəkəyə saldı. Şəhərin müxtəlif ərazilərinin hədəf alınması, hərbi obyektlər olmayan yerlərə atılan raketlər yenə də insan tələfatına yol açdı. Əsasən fərdi evlərin olduğu yerlərə düşən mərmilər dağıntılara səbəb olduğundan faciənin miqyasını da böyütdü. Xüsusən şəhərin Skadla vurulan hissəsində mənzərə daha fərqli olub.

Sərhəd tanımayan erməni terrorunun Gəncəyədək ayaq açması düşmənin məkrli niyyətinin növbəti sübutudur. Oktyabrın 11-dəki skad atışından 6 gün sonra yenə əlini dinc insanların günahsız qanına buluyanların istəyi heç şübhəsiz çox saylı insan qətlinə hesablanmış addım idi. Düzdür düşmən məkirli niyyətinə, şirin yuxuda ikən olan sakinlərin cəlladına çevrildi. Amma Gəncə sakinlərinin iradəsini, dönməzliyini, döyüşkənliyini daha da artırdı, polad iradəsini sındıra bilmədi.

Dağıntıların miqyası və radiusu atılan mərminin dağıdıcı təsirini bir daha gözlər önünə sərdi. Daşın-daş üstə qalmadığı yerlərdən kənarda da evlərin, damı, qapı və pəncərələri, hasarları yararsız hala düşdü. Hətta mərminin hissələri müxtəlif ərazilərə səpələndi.

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan raketin biri biz dayandığımız yerdən 200-300 metr aralı düşüb. Raketin zərbəsinin gücündən gördüyünüz bu ev tamami ilə dağılıb. Xoşbəxtlikdən evdə heç kim olmadığından xəsarət alan da olmayıb.

Düşmənin törətdiyi terror aktı ilə əlaqədar şəhərdə Operativ Qərargah yaradılıb. Fövqəladə Hallal naziri Kəmaləddin Heydərov və ölkənin Baş prokuroru Kamran Əliyev səhər saatlarından raket düşən ərazilərdə olub, axtarış-xilasetmə işləri ilə tanış olublar. Rəsmilər Baş ermənilərin bu addımlarını bəşəriyyət əleyhinə olan bir cinayət kimi dəyərləndiriblər.

Hazırda ermənilər tərəfindən atılan raket mərmilərin düşdüyü ərazilərdə hüquq-mühafizə orqanları, ANAMA-nın əməkdaşları tərəfindən araşdırmalar aparılır. Dəyən ziyan hesablanır. Sakinlərə dədəyn maddi ziyan dövlət tərəfindən təmin ediləcək, evlər yenidən tikiləcək və ya bərpa olunacaq.

Elnur Vahidoğlu