• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2458
— 17.10.2020 12:13

Nazir xilasetmə əməliyyatlarından danışdı

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13-ə, yaralıların sayı 52-yə çatıb. 20 ev təmamilə dağılıb, 1 orta məktəb və bir poliklinika tam dağılıb. Hadisə nəticəsində 100-ə yaxın evə ciddi ziyan dəyib. Düşmənin terror aktı ilə əlaqədar şəhərdə Operativ Qərargah yaradılıb. Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncədə hadisə yerində olublar. Xilasetmə əməliyyatları davam etdirilir. Nazirin sözlərinə görə, dağılan evlər dövlət tərəfindən yenidən bərpa olunacaq və ərazidə yeni evlər tikiləcək. Millət vəkili Naqif Həmzəyev də düşmən təxribatı ilə bağlı televiziyamıza açıqlama verib.