• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1156
— 17.10.2020 12:16

Terrorla bağlı cinayət işi açılacaq

KepezTV Player

Düşmənin Gəncədə törətdiyi növbəti təxribatla bağlı da cinayət işi açılacaq. Bu barədə hadisə yerində olan Baş prokuror Kamran Əliyev məlumat verib. Bildirib ki, hazırda fakta dair zəruri sübutlar toplanır. Əsas məqsəd Ermənistan rəhbərliyinin beynəlxalq hüquq normalaı çərçivəsində məsuliyyətə cəlb edilməsinə nail olmaqdır. Bunun üçün bütün daxili və beynəlxalq hüquqi mexanizmlər istifadə olunacaq.