• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1882
— 16.10.2020 12:07

Ağdamda 3 cəbhəyanı kəndin yolu yenidən qurulub

KepezTV Player

Ağdam rayonunda cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə bərpa edilib. Söhbət IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 km olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolundan gedir. Yerli əhəmiyyətli yol uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yararsız hala düşmüşdü. Ümumilikdə 6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi əhatə edən yolun yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır. Eyni zamanda, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.