• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 16.10.2020 08:18

Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə telefon danışığı olub

KepezTV Player

Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub. İnsanların dəfn mərasimində atəşə tutulmasını barbarlıq kimi qiymətləndirən Bayramov Tərtərdə mülki şəxslərin qətli və yaralanması ilə nəticələnən hücumun Ermənistanın növbəti müharibə cinayəti olduğunu vurğulayıb. Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə alınmasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.<br>Nazirlər bölgədə sülhün təmin olunması üçün BMT TŞ-nin qətnamələrinin tələb etdiyi kimi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmasının vacibliyini vurğulayıblar.