• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1611
— 15.10.2020 20:35

Bayraq kimliyimizdir, mənliyimizdir!

KepezTV Player

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim. Bəli, Bayrağımız qürur mənbəyimiz, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Bu gün bütün xalqımız böyük ruh yüksəkliyi ilə qələbə xəbərlərini gözləyir və bundan ruhlanaraq kiçikdən böyüyə hər kəsin əlində Azərbaycan bayrağı dalğalanır.

Bir səhər gözümüzü müharibə xəbərinə açdıq. Əslində 30 ilə yaxındır bu xəbəri, bu günü gözləyirdik. Müharibənin gətirdiyi bəla, dağılmış evlər, talelər, ömürdən qoparılmış illər, bircə xəbərlə unuduldu. Gözümüz yolda, qulağımız səsdə qələbə xəbəri gözləyirik. İşğaldan azad olunan hər daşa, hər yüksəkliyə, bir qarış torpağa qurban olmağa hazırıq. Hər kəs Qarabağda döyüşməyə, torpaqlarımızı düşmən taptağından azad etməyə, mənfur erməniləri məhv etməyə, ordumuzun sıralarına qoşulmağa can atır. Bu gün minlərlə gənc könüllü olaraq hərbiyə yazılaraq cəbhəyə getmək istəyir. Bütün bunların fonunda milli ruh, vətənpərvərlik hissi daha da böyüdü. Kiçikdən böyüyə hamının əlində, yaşadığı evdə, avtomobilində, çalışdığı ticarət obyektində, bir sözlə hər yerdə asılan Azərbaycan bayraqlarını görürük. Qürur və fəxarətimiz indi Gəncəni bürüyən 3 rəngdə özünü göstərir.

Yeri qan qırmızı, ay ulduzu ağ, o mübarək bayraq bu bayraqdır. Bu gün ümidlərimiz göy, arzularımız qırmızı, dualarımız yaşıldır. Qələbə xəbərləri ilə bütün Azərbaycan bu 3 rəngə boyanır. Elə ikinci böyük şəhərimiz, terrorun qurbanı olan Gəncə kimi...

Bayraq bir millətin azadlıq əlaməti, şərəf rəmzidir. Göy, qırmızı, yaşılla ifadə olunan 10 milyonluq xalqımızın da alın yazısı ay-ulduzlu hilalla bağlıdır. Tarixin şahidi, qələbənin rəmzi olan bayrağımız bu günün ən çox görünən və duyulan atrubutudur.

Azərbaycan bayrağının sancıldığı hər nöqtə işğalın sonu, zəncirlərin qırılması, mübarizə, mücadilənin yaşatdığı qələbə deməkdir. O bayrağın sancılacağı hər qarış torpaq üçün qan tökməyə cümlə qadiriz. Bir ölüb min doğulan qəhrəman övladları, şanlı vətən - Azərbaycanın uğrunda can yerməyə cümlə hazırdır.

Ordumuzun şücaəti, şəhidlərimizin canı bahasına işğaldan azad edilən torpaqlarda qaldırılıb bu gün Azərbaycan bayrağı. Mənfur erməni tapdağından qurtulan ərazilər indi 3 rəngli hilalımızın bir daha enməyəcəyi dədə-baba torpaqlarımızdır. Əminliyimiz isə Azərbaycanın ərazi bütövlüyünün ən qısa zamanda bərpa olunması, Xankəndiyə sancılacaq bayrağımızın qələbə simvolu olaraq nümayişidir.

Nərgiz Əhmədqızı