KepezTV Player
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir. Bu gün düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, rayona ağır artilleriyadan atəş açıb. Dəfn mərasimi zamanı qəbiristanlığa top mərmisinin düşməsi nəticəsində ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Bu barədə Prezidentinin köməkçisi Hikmət Hacıyev də tvitterdə yazıb.<br>“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”, - H.Hacıyev qeyd edib.
- Baxış: 122