• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1608
— 15.10.2020 11:53

Ağstafada sanitar-karantin qaydalarını pozan şəxslər cərimə edilib

KepezTV Player

Ağstafada koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reydlər aparılır. Market, ticarət obyektləri, bərbər və gözəllik salonları, eləcə də əhalinin sıx olduğu yerlərdə yoxlamalar keçirilir. Karantin qaydalarını pozan şəxslər cərimə edilib.

Ağstafa rayon polis şöbəsinin və Rayon İcra Hakimiyyətinin əməkdaşlarının birgə keçirdiyi yoxlamar zamanı tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər hədəfdə olub. Onlara tibbi maskadan istifadənin sağlamlıq üçün əhəmiyyəti, sanitar-epidemioloji tələblər izah edilib. Karantin qaydalarınə əməl etməyənlər barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və cərimələr yazılıb.  

Yoxlamalar zamanı sanitar rejimin tələblərini pozaraq küçə ticarəti ilə məşğul olan şəxslərə də rast gəlinib. Onlara qarşı da qanuna müvafiq tədbirlər görülüb.

Ağstafa rayon Dövlət Yol Polis Bölməsinin əməkdaşları isə sərnişindaşıma ilə məşğul olan sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparıb, onları karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində cərimələnib.

Bundan başqa rayon İcra Hakimiyyətinin könüllüləri polis əməkdaşları ilə birlikdə əhalinin sıxlıq təşkil etdiyi ərazilərdə vətəndaşlara tibbi maska paylayıb. Rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdilir.

 

Natiq Hüseyn