KepezTV Player
Bu gün səhər saatlarından başlayaraq humanitar atəşkəs rejimini pozan düşmən Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutub. Baş Prokurorluqdan verilən məlumata görə, səhər saat 9 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan 51 yaşlı Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub. Yaşayış evinə isə külli miqdarda ziyan dəyib. **Rayonun Düyərli kəndində Dövlət Televiziyasının çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub. Nəticədə sürücü Namiq Qənbərov xəsarət alıb, maşına ciddi ziyan dəyib.
- Baxış: 115