• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 13.10.2020 20:43

Orduya dəstək, terrora lənət

KepezTV Player

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azadetmə əməliyyatına, haqq mübarizəsinə dəstək verənlər arasında idman ictimaiyyətinin yerli nümayəndələri ilə yanaşı, əcnəbilər də var. Onların bu yöndə, həmçinin düşmənin dinc əhalinin məskunlaşdığı yaşayış məntəqələrini raketlərdən atəşə tutması ilə bağlı sosial şəbəkələrdə paylaşımları və yerli mətbuata açıqlamaları diqqət çəkəndir.

“Erməni ordusunun raket atdığı Gəncə döyüş zonasından uzaqda yerləşir. Orada hərbi obyekt yoxdur. Buna görə də Gəncəyə raket atan erməni tərəfi bilərəkdən mülki əhalini hədəfə alıb". Bu fikirlər Azərbaycan futbolunun canlı əfsanəsi İqor Ponomaryova məxsusdur. Seul Olimpiadasının qalibi olan Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması ilə bağlı "Facebook"dakı səhifəsində etdiyimi paylaşımda belə yazıb. “Ölənlər arasında çox sayda qadın və uşaq var. Bu cinayətdir! Hətta müharibənin də öz qaydaları var. Azərbaycan öz əraziləri və öz tarixi torpaqlarının azad olunması üçün mübarizə aparır” – deyə yazısına əlavə edib.

“Kəpəz”də çıxış etmiş, yerli publikanın sevimlisi olan  Dario Frederiko Qarabağda baş verən hadisələrə münasibət bildirib. 29 yaşlı braziliyalı futbolçu erməni terrorunu pisləyib. Belə ki, Dario sossial şəbəkədə paylaşımı zamanı Azərbaycan Ordusuna dəstək nümayiş etdirib: “Erməni terroruna son, Qarabağ Azərbaycandır! Tanrı Azərbaycanı qorusun. Mən sizinləyəm”.  “Kəpəz” Avropa Liqasında mərhələ adlamış Frederiko həmçinin Gəncədə yaşanan məlum hadisələrlə bağlı da paylaşım edib.

"Azərbaycan Ordusu güclüdür və irəliləyir. Hər dəqiqə Ali Baş Komandanın və Ordunun yanındayıq, onlara inanırıq". Bu cümlələrin müəllifi gəncəli olimpiya çempionu Toğrul Əsgərovdur. Sərbəst güləşçi  Ermənistan silahlı qüvvələrinin doğma şəhərinə raket zərbələri nəticəsində törətdikləri terror hadisəsi barədə də danışıb. O,  “bu təxribatlar ermənilərə yaraşan hadisədir. Özlərini xaincəsinə yenə göstərdilər. Sivil insanlara atəş açdılar. Bu, gəncəli olaraq mənə çox təsir etdi, amma belə şeylər bizi qorxuda bilməz. Arzumuz, istəyimiz odur ki, Ordumuz qələbə ilə Qarabağı azad etsin. Bizim üçün ən vacib olan budur" – deyə vurğulayıb.