• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 12.10.2020 10:16

Daha bir erməni polkovnik-leytenant məhv edilib

KepezTV Player

Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Bu gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb. Müdafiə Nazirliyinin məlumatına görə, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Döyüş əməliyyatları zamanı ermənilərin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib. Alayın 5-ci taborunun şəxsi heyəti isə texnikanı döyüş mövqelərində qoyub qaçıb. 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib. Canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var. 1-ci alayın müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.