• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 12.10.2020 10:01

Paşinyanın Gürcüstan ərazisinə iddiası

KepezTV Player

Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanıb. Paylaşımda Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb. Fotonun üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb. Erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar. Onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirərək “Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın baş naziri Gürcüstanda separatizmimi təşviq edir?" kimi şərhlər yazıblar.