• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1855
— 12.10.2020 08:15

Bu gündən vaksinasiyaya başlanılır

KepezTV Player

Bu gündən respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya başlayır. Peyvəndləmə bir ay ərzində həyata keçiriləcək. İlk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər. Bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər. Peyvənd pulsuz olacaq.