• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1849
— 12.10.2020 08:11

ANAMA çoxsaylı çağırışlar əsasında onlarla mərmini zərərsizləşdirib

KepezTV Player

Ötən gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisinə mərmilərin düşməsi barədə 33müraciət daxil olub.<br>Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı, 2 ədəd partlamış “Toçka-U” taktiki raketinin və 31 ədəd müxtəlif çaplı partlamış top mərmisinin qalıqları aşkar olunub.