• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 11.10.2020 21:46

Fərdi yaşayış evlərinə də ziyan dəyib

KepezTV Player

Gəncəyə atılan raket zərbəsi nəticəsində partlayışın radiusuna yaxın ərazilərdə yerləşən fərdi yaşayış evləri də ziyan görüb. Müxtəlif küçələrdə 10-larla evə zərər dəyib. Əsasən, qapı-pəncələrin şüşələri sınıb, çərçivələr yerindən oynayıb, evlərin tavan hissəsində və divarlarda müxtəlif ölçülü çatlar əmələ gəlib, müəyyən dağıntılar olub. Amma baş verənlər sakinlərin mübariz ruhunu qətiyyən zədələməyib, gəncəlilər hər zamankından daha döyüşkən və məğrurdurlar.