• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 11.10.2020 18:20

İlham Əliyev: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”

KepezTV Player

"Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır". Prezident İlham Əliyevin Tvitter hesabında yazılıb ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Dövlət başçısı Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 41 mülki şəxsinin həlak olduğu, 200 nəfərdən çox insanın isə yaralandığı yazıb. "Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir" - deyən prezident İlham Əliyev törədilən cinayətlərə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirib: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”