KepezTV Player
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş verən ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına dair növbəti etiraz bəyanatı yayıb. Bəyanatda nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətlərindən işğalçı Ermənistanın Azərbaycanın mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə cinayətlərinə son qoymaq və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmaq tələb edilib.
- Baxış: 127