KepezTV Player
Ombudsman Aparatı Gəncənin raket atəşinə məruz qalması ilə bağlı açıqlama verib. "Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanıb. Çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib. Hazırda hadisə yerində dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir, bu baxımdan ölənlərin və yaralananların sayında artım ola bilər", - deyə məlumatda vurğulanır.
- Baxış: 142