KepezTV Player
Kaset sursatlarından mülki ərazilərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüquq prinsiplərinə ziddir, amma işğalçı ölkənin silahlı qüvvələri buna əhəmiyyət vermədən mütəmadi olaraq bu tipli mərmilərlə dinc əhalini atəşə tutur. Bu fikirləri ANAMA-nın əməliyyatlar üzrə meneceri Elnur Qasımov bu gün keçirilən brifinqdə deyib. Əlavə edib ki, döyüşlər başladığı andan indiyədək Azərbaycanın nəzarətində olan şəhər və rayonlarda 598 ədəd kaset sursatı aşkarlanıb və onların hər bririnin tərkibində 360 ədəd qəlpə olub. Hazırda həmin qəlpələrin səpələndiyi ərazilərdə ANAMA-nın əməkdaşları zərərsizləşdirmə əməliyyatları həyata keçirirlər.
- Baxış: 119