• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 09.10.2020 23:16

"Kəpəz" məşqləri davam etdirir

KepezTV Player

Futbol üzrə əsas milli və 21 yaşadək yığma komandanın beynəlxalq oyunları səbəbindən çempionatlarda iki həftəlik fasilə yaranıb. İlk turun matçlarından sonra 5 gün istirahət edən “Kəpəz”in üzvləri oktyabrın 7-dən məşqləri bərpa ediblər.

Komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında qarşıdakı oyunlar üçün hazırlığı davam etdirir.  Futbolçular məşqçilər korpusunun gündəlik təlimatlarına uyğun olaraq əzmlə çalışırlar. Cəbhədə Azərbaycan Ordusuna gücü çatmayan düşmənin dinc əhalinin yaşadığı Gəncəni artilleriya atəşinə tutması da komandanın hazırlıq prosesinə təsir etməyib. Əksinə döyüşçülərimizin ardıcıl uğurları “Kəpəz”in düşərgəsində yüksək əhval-ruhiyyənin hökm sürməsinə şərait yaradıb.

I Divizionda II tura oktyabrın 15-də start veriləcək. Bu tarixdən bir sonra meydana çıxacaq “Kəpəz” “Sabah”ın ikinci komandasını qəbul edəcək. “Sarı-göylər” ilk turda “Keşlə-2”ni səfərdə 6:2 hesabı ilə məğlubiyyətə uğradıblar.