• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 07.10.2020 21:59

İgid oğulun mərd davamçıları

KepezTV Player

Cəbhə bölgəsində Azərbaycan əsgərinin nümayiş etdirdiyi qəhrəmanlıq Gəncəliləri sevindirir. Şəhərin 2 gün ard-arda rakret arəşinə tutulması belə sakinlərin əhvalına təsir etməyib. Əksinə, Gəncə sakinləri digər rayonların sakinləri ilə telefonla danışarkən onlara da ruh yüksəkliyi verir.

Gəncə sakinləri Azərbaycanın digər bölgələrinin vətəndaşları kimi güclü və məğrurdur. Cavad xan kimi qəhrəmanı olan şəhərin təmsilçilərinin yaşından və cinsindən asılı olmayaraq eşitmək istədiyi bir xəbər var – o da qələbə xəbəridir.

Ölkənin ikinci böyük şəhəri olan Gəncədə canlanma müşahidə olunur. Biz hazırda şəhərin Yeni Gəncə yaşayış massivindəyik. Buradada həyat öz axarı ilə davam edir. Sakinlər gündəlik məişət qayğıları ilə məşğuldurlar. Yollarda avtomobillərin çoxluğu onu deməyə əsas verir ki şəhər əhalisi gələcəyə nikbin baxır.

Erməni təxribatının dinc sakinlərə qarşı yönəlməsi gəncəliləri hiddətləndirir. Ələxsus da ölən və yaralılanların olması, evlərin hərbi obyekt adıyla hədəfə alınması düşmənin niyyətini açıq şəkildə biruzə verir.

Elşad Bayramov sakin: Heçnədən qorxmuram. Müharibədir, ola bilər atallar. Heç yerə də getmək fikrimiz yoxdur. Yəni öz yerimizdə ölsəkdə burada öləcəyik.

Sabir İmamverdiyev sakin: Ordumuza güvənirik. Hər şey yaxşıdır. Özümüz də yerimizdə, yurdumuzda dayanmışıq. Deməli, ordumuza güvnərik ki, burada sakit və rahat dayanırıq.

Yaşar Əliyev sakin: 1992-ci ildə müharibədə olmuşam. Özüm də müharibə veteranıyam. Heç nədən qorxmuram. Kim nə edir etsin, mən qorxası deyiləm. Hər şey də görmüşəm.

Məhəmməd Məhəmmədov sakin: Gəncə eyni Gəncədir. Heç kəsdən qorxu yoxdur. Erməni kimdir, biz əhali ondan qorxaq. Onlar həmişə məğlub olub. Yenə də məğlub olacaq.

Saxtakarlığa öyrənən erməni mediasının guya gəncəlilərin qorxaraq şəhəri tərk etməsi barədə xəbərləri də yalandan başqa bir şey deyil. Bu məsələdə gəncəlilərin fikri yekdildir - heç bir zaman qəhrəmanlıq simvolu olan şəhərimizi tərk etməyəcəyik.