• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 07.10.2020 16:05

Güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunan şəxslərə müraciət

Dövlət Sosial Müdafiə Fondu Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon nümayəndəlik və filialları istisna olmaqla, digər nümayəndəlik və filialları üzrə güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunan şəxslərə müraciət edib. Göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə Fondun strukturunda aparılan dəyişikliklərlə əlaqədar pensiya alan şəxslərin pensiya işləri Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə verilib. Bu kateqoriyaya aid olan şəxslərin əmək pensiyaları ödənişi oktyabrdan etibarən hər ayın 14-16-sı aralığında həyata keçiriləcək.