• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 07.10.2020 14:21

Evin həyətində mərmi tapılıb

KepezTV Player

2 gün əvvəl Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan daha bir mərmi aşkar edilib. Raket qurğusu fərdi yaşayış evlərindən birinin həyətinə düşüb. Baş verən hadisə zamanı xəsarət alan olmayıb.

Dinc əhaliyə qarşı ünvanlanan erməni təxribatı davam edir. Döyüş meydanında məğlubiyyətə uğrayan düşmənin Gəncəni, mülki şəxsləri hədəf alması insanlığa qarşı cinayətin təzahürüdür.

Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar davam edir. Düşmən təxribatı nəticəsində qadağan olunmuş artilleriya qurğularından biri gördüyünüz bu həyətə düşüb. Xoşbəxtlikdən təlafat olmayıb. Buna baxmayaraq ANAMA tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Ermənistan ərazisindən 2 gün əvvəl atılan raketin yaşayış ərazisində aşkarlanması təhlükənin miqyasından xəbər verir.<br>

Düşmənin aktiv hərbi əməliyyatların getdiyi bölgədən uzaqda yerləşən Gəncəni də hədəfə çevirməsi sakinlərion nikbinliyinə təsir etməyib. Orudmuzun gücünə inanan sakinlər tezliklə Ermənistan tərəfinin layiqli cavabını alacağına əmindirlər.<br>

Oktyabrın 4-ü və 5-i tarixlərində Gəncə ağır artilleriyadan atəşə tutulub. Nəticədə ölən və yaralananlarla yanaşı xeyli dağıntılara da səbəb olub.