KepezTV Player
"Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket hücumu müharibənin genişlənməsinə səbəb ola bilər". Bu barədə Yaponiyanın nüfuzlu JIJI RESS agentliyi və NHK telekanalı məlumat yayıb. Məlumatlarda Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla hücum nəticəsində bir nəfərin həlak olduğu və bir neçə nəfərin yaralandığı qeyd edilib. Vurğulanıb ki, Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən bombardman edilməsi Dağlıq Qarabağ uğrunda münaqişənin genişlənməsi məqsədi daşıyır. Məlumatlarda Ermənistan ordusunun Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən digər şəhərlərini də ağır artilleriyadan və raketlərdən atəşə tutduğu bildirilib.
- Baxış: 177