• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 05.10.2020 08:22

Düşmən raketi Mingəçevirdə enerji blokunun yaxınlığına düşüb

KepezTV Player

Ermənistan Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəf almaqda davam edir. Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə Ermənistan tərəfindən "Toçka-U" ortamənzilli ballistik raketi buraxılıb. Baş Prokurorluq da hadisə ilə bağlı açıqlama verib. Qeyd olunur ki, ötən gün saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozularaq, Azərbaycanın dinc əhalisi qəsdən hədəfə alınıb. Düşmən döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən çox uzaqlıqda yerləşən, 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub. Atılan 3 raketdən 2-si partlamayıb. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Evə külli miqdarda ziyan dəyib.