• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 01.10.2020 22:43

Qarabağ həqiqətləri "Al Arabiya" kanalında

KepezTV Player

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Al Arabiya kanalına müsahibə verib. Ermənistan rəhbərliyinin iç üzünü açan Hacıyev beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

"Ermənilərin Yaxın Şərq ölkələrindən Ermənistan-Azərbaycan münaqişə zonasına muzdlu və terrorçu cəlb etməsi narahatlıq doğurur". Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Arabiya” kanalına və “Walla” portalına müsahibəsində belə deyib.

Hikmət Hacıyev Prezidentin köməkçisi: Bu yeni fakt deyil. Ermənistan illərdir bu siyasəti yürüdür. Rəsmi Yerevan, terrorçuları və onların ailələrini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gətirmək və onlardan bizə qarşı istifadə etmək üçün indi də digər yaxın şərq ölkələrinə üz tutub. Bu halla 90-cı illərin əvvəllərində də rastlaşmışdıq. Ermənistanın başlatdığı münaqişənin aktiv mərhələsində Asala, Arabo və Aramo kimi terror təşkilatlarının üzvləri işğal edilmiş ərazilərdə yerləşdirilmişdi. Həmin vaxtda Ermənistan Kəşfiyyat Xidməti Azərbaycan torpaqlarında 30-dan çox terror aktı törədib. Beynəlxalq ictimaiyyət bu fakta yeni yanaşma ilə reaksiya verməlidir. İddialara gəlincə isə Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Bizim professional silahlı qüvvələrimiz var. Azərbaycanın kifayət qədər qüvvəsi və ehtiyat qüvvəsi var.

Hikmət Hacıyev Rusiyanın Xarici İşlər Nazirlirinin  terrorçuların Dağlıq Qarabağ regionuna yerləşdirilməsində Azərbaycanı ittiham etmədiyini və ümumi narahatlığını ifadə etdiyini deyib. Bundan başqa, danışıqlar prosesinin 30 ildən çoxdur davam etdiyini, Ermənistanın bilərəkdən prosesi uzatdığını, beləliklə də işğal olunmuş torpaqlarda status-kvonu qorumağa çalışdığını bəyan edib. Prezidentin köməkçisi beynəlxalq ictimaiyyətdə özünə tərəfdar tapmaq üçün dondan-dona girən Ermənistanın iç üzünü bir daha açıb.

Hikmət Hacıyev Prezidentin köməkçisi: Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirməsi azmış kimi məscidləri dağıdır, Azərbaycan xalqının islam irsini məhv edir. Onlar məscidlərdən müsəlmanları təhqir etmək üçün istifadə edir. Bu imkandan yararlanıb İslam Ümmətinə müraciət edirəm. Məscidləri dağıdan Ermənistan daha sonra İslam və Ərəb dünyasına özünü dost kimi göstərməyə çalışır. Günahsız azərbaycanlı müsəlmanları öldürən, işğal olunmuş ərazilərdə məscidləri və İslam irsini məhv edən Ermənistan necə İslam dünyasının dostu ola bilər axı. Onlar bu gün də mülki vətəndaşlarımızı öldürməyə davam edirlər. Son hadisələr zamanı Ermənistanın artileriya hücumları nəticəsində 14-dən çox mülki şəxs ölüb, 44-dan çoxu isə ciddi şəkildə yaralanıb. Bu, beynəlxalq ictimaiyyətin tanımalı olduğu Ermənistanın əsl üzüdür.

Rəsmi Yerevana da səslənən Hikmət Hacıyev “Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq ictimaiyyətin də tanıdığı  Azərbaycanın suveren torpaqlarında nə işi var?” sualını ünvanlayıb. Bildirib ki, “Dağlıq Qarabağ Ermənistanındır, nöqtə” deyən Ermənistanın Baş Naziri danışıqlar prosesini, onun əhəmiyyətini və formatını təhdid altına alır. Prezidentin köməkçisi beynəlxalq ictimaiyyəti Ermənistanı işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına vadar etməyə çağırıb.