Azərbaycan xalqı çoxdan gözlədiyi tarixi günləri yaşayır. Yenilməz ordumuz əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşür. Bu gün bütün dünya görür ki, ölkəmizdə xalq-iqtidar birliyi var, millətimiz Vətən uğrunda mübarizə aparır. Beynəlxalq aləmin cəbhədə Azərbaycanın əks-hücum əməliyyatlarına reaksiyası fərqli olsa da Gəncədən olan ziyalılar yekdil fikirdədir - Bizə ağıl verməyin.
Artıq elə bir məqam yetişib ki, Azərbaycan hərb yolu ilə öz torpaqlarını geri qaytarır.İşğalçı dövlətə qarşı aparılan mübarizədə hər kəs qanının son damlasına qədər döyüşməyə hazırdır. Qan tökülməməsi üçün 30 ildir vasitəçilik görüntüsü yaradanlardan fərqli olaraq ordumuz konkret addımlar atır.
Asif Cavadov GDU rektorun baş müşaviri: Bütün Azərbaycan xalqı bilməlidir ki, bundan da güclü qələbələrimiz hələ qabaqdadır. Bu gün Azərbaycan ordusuna heç bir halda “dur, dayan” demək olmaz. Bəzi iri dövlətlər var bu günlərdə bəyanət verirlər ki, biz Azərbaycanla Ermənistan arasında vasitəçilik edə bilərik. Vasitəçilik edə bilirdinsə, bu günə qədər harda idin? Bu günə qədər niyə susurdun?
İndi demək olar ki, əksər bəyanatlar döyüşlərin dayandırılması, danışıqların bərpası, sülh yolu ilə münaqişənin həlli istiqamətindədir. Amma təxribat törədən Ermənistanın faşist əməllərinə barmaq silkələyənin olmaması, haqqı nahaqqla bərabər tutulması, görüntü xarakteri daşıyan nəticəsiz danışıqlar təbii ki, səbr kasasını daşırtmalıydı.
Azad Bayramov tarixçi: 30 ildir bu vasitəçilər məsələni həll edə bilmirlər. Bu günlərdə vasitəçilik eləyib bizdən yenidən 30 il istəyirlər? Bunun yolu ancaq müharibə yoludur. Erməni xalqı da, dövləti də yerinə oturmalıdır. Dünyanın nəhəngləri, ATƏT-in Minsk qrupuna rəhbərlik edənlər 30 ildə heç nə edə bilmədilərsə, kənardan gələn qüvvələr nə edə bilər? İkinci bir tərəfdən buna qarışmağa heç kimin haqqı yoxdur.
Haqq olan isə torpaqlarını düşməndən azad edən ordunun mübariz yürüşüdür. Hansındaki həm mənəvi-psixoloji ruh yüksəkliyi, həm də müasir silah-sursat var. Digər tərəfdən xalq, millət olaraq Azərbaycan ordusuna və dövlətə inam və dəstək sərgilənir. Əks cəbhədə baş verənlərdən fərqli olaraq.
Asif Cavadov GDU rektorun baş müşaviri: Erməni cəmiyyəti xəstədir. Bütöv cəmiyyətin xəstə olması isə faciədir. Onun sağalması üçün əsrlərlə vaxt lazımdır. Aydındır ki, neçə əsrlərdir ermənilərə sağalmaq üçün bu fürsət verilib. Amma əfsuslar olsun ki, ermənilər sağalmayıb. İkinci bir variant isə ondan ibarətdir ki, əgər cəmiyyət üzvləri sağalmırsa bu cəmiyyətin bütün üzvləri ölmə məhkumdur.
Müstəqil Azərbaycanın gücü, beynəlxalq aləmdə nüfuzlu dövlət olması bu gün hər kəsə bəllidir. Bəlli olan həm də odur ki, türkdən başqa dostumuz yoxdur. Hər dəm dəstək nümayiş etdirən ölkələr Azərbaycanın haqq savaşında milli ordumuz qədər qətiyyət nümayiş etdirir.
- Baxış: 177