• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 01.10.2020 20:43

"Zamanında kar, kor, lal olanların bugünkü davranışı ikiüzlülükdür"

KepezTV Player

Rəcəb Tayib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışındakı çıxışında Ermənistanın Azərbaycana son təxribatlarını kəskin pisləyib. Türkiyə Prezidenti dünya dövlətlərinin bu münaqişəyə yanaşmasını da şərh edib.

 

Türkiyə prezidenti çıxışı zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransanın 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşdığını deyib və qeyd edib ki, bu səbəbdən onların atəşkəs tələbləri yersizdir. "İşğalçılar öncə bu ərazidən çıxmalıdırlar. Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq istəkləri barədə dəfələrlə Cənab Putin və cənab Makronla müzakirələr aparmışam, amma onlar həmişə oturub danışıblar, nəticə isə olmayıb" – deyən Ərdoğan vurğulayıb ki, ermənilərin qədim Azərbaycan torpağı olan  Qarabağın işğalına kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür.

Bu məsələdə sülhün tək  yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilməsidir. Türkiyə Prezidenti quldur dövlətə dəstək olanlara bəşərin  vicdanı qarşısında hesab verəcəklərini söyləyib. Ərdoğan "iki dövlət, bir millət olaraq gördüyümüz qardaş Azərbaycana bütün imkanlarımızla dəstək verməyə davam edəcəyik" deyib.

Rəcəb Tayib Ərdoğan ölkənin bütövlüyü uğrunda savaşda şəhid olanlara rəhmət, Azərbaycan xalqına isə səbr diləyib.