• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1537
— 01.10.2020 20:37

Kütləvi qaçış yaşanır

KepezTV Player

Sosial şəbəkələrdə erməniləri daşıyan avtomobil kolonunun işğal olunan Dağlıq Qarabağ regionunu tərk etməsini əks etdirən görüntülər yayımlanıb. Yüzlərlə minik maşınından ibarət kolon Ermənistan istiqamətinə hərəkət edir. Kolonun uzunluğu bir neçə kilometrədək çatır. Artıq 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20  minə çatıb. Bundan təşvişə düşən Ermənistan hakimiyyəti qaçqınların yerləşdirilməsi üçün bir sıra beynəlxalq humanitar təşkilatlara, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına yardım üçün müraciət etsələr də, gözlənilən cavabı almayıb.