Müdafiə Nazirliyinin məlumatına görə, bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutub. Baş Prokurorluqdan verilən məlumata görə, bu gün səhər 9 radələrində Tərtər şəhər avtovağzalına top mərmisi düşüb. Qəlpələrdən 38 yaşlı Həsənov Zabil Məhəmməd oğlu həlak olub. Avtovağzala ciddi ziyan dəyib. Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət işi başlanıb.
- Baxış: 209