• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 29.09.2020 20:42

Yeni tunel tikilir

KepezTV Player

Hazırda ölkəmiz müharibə şəraitində olsa belə, infrastruktur layihələrinin həyata keçirilməsi davam etdirilir. Vətəndaşların təhlükəsizliyini qorumaq, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində Tovuzda yeraltı tunelin inşasına start verilib.

Yeni yol qovşağının tikintisi Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində yerləşəcək. Tunel avtomobillərin və piyadaların hərəkətini asanlaşdıracaq. Ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün avtomobil tuneli dəmiryolu xəttinin altından keçəcək. Qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsi ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Yol infrastrukturu hər birinin eni 4 metr olan 2 hərəkət zolaqğından ibarət olacaq.

Bu ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi bütün hərəkət iştirakçısı üçün təhlükə yaradıb. Yeni tunel istifadəyə verildikdən sonra isə avtonəqliyyat vasitələri dəmir yolu xəttini kəsib keçmədən rahat şəkildə öz yollarına davam edə biləcəklər.

İşlərin yüksək keyfiyyətlə icrası üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.