• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2364
— 28.09.2020 16:34

"Kimin haqlı, kimin günahkar olmasını müəyyənləşdirmək vaxtı deyil"

KepezTV Player

“İndi Dağlıq Qarabağda gərginlikdə kimin haqlı, kimin günahkar olmasını müəyyənləşdirmək vaxtı deyil”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.Onun sözlərinə görə, indi vacib olan hərbi əməliyyatları dayandırmaqdır. "Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, hazır vasitəçi kimi nizamlanmada rol oynamağa hazırdır. İndi ilk növbədə çox vacibdir ki, döyüş fəaliyyətləri dayandırılsın, kimin haqlı, kimin günahkar olmasını müəyyən etmək əsas deyil. Rusiya hər zaman bərabərölçülü mövqe tutub. Məhz Rusiyanın bu mövqeyi və Ermənistan və Azərbaycanla ənənəvi mehriban münasibətləri ona öz təsirindən istifadə etməyə imkan verir", - deyə peskov vurğulayıb.