• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2197
— 28.09.2020 13:57

Mülki şəxslər arasında tələfat var

KepezTV Player

Düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına mərmi qəlpələri düşüb. Nəticədə 45 yaşlı Mehman Əliyev həlak olub, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 52 yaşlı Qənbər Əsədov və maşında olan hərbi polisin əməkdaşı, 26 yaşlı Fəxrəddin Hüseynov, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 29 yaşlı Tural İbrahimov yaralanıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.