• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 28.09.2020 14:03

Düşmən atəş nəticəsində Ağdam sakini həlak olub

KepezTV Player

Bu gün düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə qrad qurğularından atəşə tutması nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 41 yaşlı Paşayev Coşqun Ənvər oğlu həlak olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda prokurorluq əməkdaşları hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər. Hazırkı vaxtadək mülki əhalidən 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.