• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2382
— 28.09.2020 12:07

İşğal qalınca davamlı sülh olmayacaq

KepezTV Player

"Bu böyük Vətən müharibəsidir və Ermənistanın işğalına son qoyulmalıdır". Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquqdan istifadə etdiyi halda bunun əksi Ermənistan silahlı qüvvələrində müşahidə edilir.

“Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan atəşkəs rejimini növbəti dəfə pozub, hərbçilərimiz və mülki şəxslər arasında həlak olan və yaralananlar olub. Buna adekvat olaraq Azərbaycan Silahlı Qüvvələri əhalinin sıx məskunlaşdığı ərazilərin, əhalinin müdafiə edilməsi istiqamətində beynəlxalq humanitar hüququn normalarına uyğun olaraq əks-həmlə tədbirləri görüb. Bunu Xarici İşlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib. Vurğulayıb ki, XİN hadisə ilə bağlı rəsmi bəyanat verib və bəyanat beynəlxalq təşkilatlara çatdırılıb. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə deyib ki, hadisələrin bu məcrada cərəyan etməsini müəyyən dərəcədə gözləmək olardı və Azərbaycan bununla əlaqədar öz narahatlığını beynəlxalq ictimaiyyətə çatdırmışdı.

Hikmət Haciyev ermənilərin Naftalanda və Tərtərdə törədiyi vəhşiliklər barədə də məlumat verib.

Prezidentin köməkçisi Hikmət Hacıyev vurğulayıb ki, keçirilən əməliyyatlar müdafiə xarakteri daşıyır.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanı həmişə sülhə çağırsa da ermənilər Azərbaycana qarşı təxribatlara əl atır. Vurğulayıb ki, beynəlxalq ictimaiyyətin narahatlığı başadüşüləndir, amma beynəlxalq ictimaiyyətə bildiririk ki, Ermənistan işğala son qoymalıdır. Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir. Erməni lobbisinin maliyyəsi ilə maliyyələşən bəzi qrumlar bizim mövqeyimizi nəzərə almadan qərəzli bəyanatlar yayıblar. Prezidentin köməkçisi deyib ki, bu işğala son qoyulmayınca Cənubi Qafqaz regionunda davamlı sülhün, təhlükəsizliyin təmin olunması qeyri-mümkündür.