• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 28.09.2020 10:05

Ermənistan itkilərini açıqlayır

KepezTV Player

Artıq Ermənistan tərəfi ağır itkilər verdiyini rəsmən etiraf edir. Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan brifinq zamanı baş verənləri indiyə kimi olan ən geniş əməliyyatlar adlandırıb. Arutyunyan deyib ki, yeni ərazilərin itirilməsi ehtimalı da var. Ermənistan Müdafiə Nazirliyi isə itkilərinin bir qismi ilə bağlı siyahı açıqlayıb. Ölənlərin əksəriyyəti 19-20 yaşlı hərbi qulluqçulardır. İtkilər arasında qadın da var. Ermənistan Müdafiə Nazirliyi indiyədək ölən 31 nəfərin adını açıqlayıb.