• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 26.09.2020 12:48

Qadın keçmiş əri tərəfindən bıçaqlandı

KepezTV Player

Gədəbəy rayonunda 28 yaşlı qadının keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.Rayonun Dəyirmandağı kənd sakini, 28 yaşlı Zülfiyyə Məsimova yaşadığı Bakı şəhərindən ata evinə qonaq gəlib. Bu zaman onun 6 il əvvəl boşandığı keçmiş həyat yoldaşı ilə aralarında mübahisə yaranıb. Nəticədə qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb, qolu sındırılıb, qarnından və kürəyindən bıçaqlanıb. Bu hadisə onların 10 yaşlı oğlunun gözləri qarşısında baş verib. Hadisəyə qadının keçmiş həyat yoldaşının övladını görməsinə icazə verməməsi səbəb olub. Qadının uzun müddətdir, Bakı şəhərində gözəllik salonların birində çalışdığı bildirilir. Qadının yaxınlarının sözlərinə görə, Zülfiyyə Məsimovanın keçmiş həyat yoldaşı ona dəfələrlə hədə-qorxu gələrək qadından kəndə gəlməməsini tələb edib.Faktla bağlı Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb edilməsi, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Yaralı qadın Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasında müalicə olunur.