• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2482
— 25.09.2020 20:05

Könüllülərin parlament fəaliyyəti başlayır

KepezTV Player

Əksər inkişaf etmiş dövlətlərdə olduğu kimi ölkəmizdə də böyük vüsət alan könüllülük hərəkatına təkcə özəl sahədə deyil, eyni zamanda dövlət sektorunda da ehtiyac var. Bütün strukturlarda gənc kadrlara önəm göstərildiyi kimi eləcə də parlamentdə də könüllülərlə iş genişləndirilir.
 

Bununla bağlı artıq Milli Məclisin Gənclər və idman komitəsində “Deputat könüllüləri” layihəsi adı altında müzakirələr aparılıb. iclasda təklif olunub ki, deputatların öz könüllü komandası yaradılsın. Burada 2020-ci ilin könüllü ili elan edilməsi də vacib rol oynayıb. Layihə Milli Məclisdə qəbul olunarsa, gələcəkdə regiondan olan cavanlar üçün idarəetmə sahəsində geniş imkanlar yaranacaq.

Müşfiq Cəfərov - millət vəkili: İlin əhəmiyyətini, həmçinin könüllülərlə işə dövlət qurumlarında çox böyük önəm verildiyini nəzərə alaraq belə bir təkliflə komitədə çıxış etdik ki, parlament daxilində də həm parlament könüllüləri, həm də deputat könüllüləri proqramı həyata keçirilsin. Bu deputat mentor proqramıdır. Komitədə biz Adil müəllimin dəstəyi ilə müzakirələr keçirdik və komitə üzvləri də bu məsləyə dəstək verdilər. İnanıram ki, bizim digər həmkarlar da bu işdə dəstək olacaqlar.

Naqif Həmzəyev - millət vəkili: Bu təşəbbüs rəsmiləşdikdən sonra bizim fəaliyyətimiz daha da genişlənəcək. Mən düşünürəm ki, xüsusilə də regionlarda könüllülərin fəaliyyət göstərməsi üçün çox münbit şərait var və region könüllülərinin də inkişaf edə biləcəyi ən yaxşı yer məhz deputat ofisləri olacaq. Bilirsiz ki, burada çox sayda vətəndaş müraciətləri olur və ya maraqlı layihələr olur. Onlar məhz könüllülər tərəfindən həyata keçirilsə yaxşı olar. Həmçinin də biz unutmamalıyıq ki, bu günün gənci gələcəyin deputatı, icra başçısı və ya naziridir.

Layihəyə əsasən hər bir komitə üzvünün öz könüllülərini seçərək təqdim etməsi, Parlament könüllülərinin yaradılması və parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi, komitə üzvlərinin seçildiyi ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərin təşkili daxildir. Müxtəlif vaxtlarda bir sıra mühüm tədbirlərdə iştirak edən könüllülər də sözügedən proqramı müsbət qarşılayıblar.

Ruslana Nəsibova - könüllü: Könüllülük könüllü şəkildə dövlətə xidmət işidir. Ölkəmizdə təşkil edilən parlament və bələdiyyə seçkiləri, bir sıra layihələrdə iştirak etmişəm. Ölkəmizdə uğurla davam edən könüllülük işlərində iştirak etdiyim üçün özümlə qürur duyuram. Bundan sonra da bu istiqamətdə işlərə qoşulaşacağıma əminəm və aktivliyimi qoruyub saxlayacaq. Son zamanlar müzakirə olunur ki, deputatların ətrafında da könüllülər fəaliyyət göstərəcək. Bu bizi çox xoşbəxt etdi və gələcək karyeramıza müsbət təsir edəcək.

Mirhüseyn Nağıyev - könüllü: Könüllülük ümumiyyətlə gənc üçün önəmli fəaliyyətdir. Belə ki, bu fəaliyyətlər nəticəsində gələcəyə daha da yaxşı şəkildə hazırlaşırlar. İstər dövlət idarəçiliyində, istərsə də başqa təşkilatlarda könüllülük olsun. Milli Məclisdə könüllülük fəaliyyətinin qəbul olunmasının müzakirəsinə çox sevindik. Bizim üçün sevindirici haldır. Biz gənclərin də dövlət idarəçiliyində könüllü olaraq fəaliyyət göstərməsi gələcəyimiz üçün vacib faktordur.  

Deputat və parlament könüllülərinin fəaliyyətindən başqa, Milli Məclisin payız sessiyası ərzində “İcbari tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilməklə könüllülərin sığorta edilməsinin həyata keçirilməsi məsələsi də Gənclər və idman komitəsində müzakirə ediləcək.