İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncədə yerləşən müəssisələrdə olub. “Alüminium Kompleksi”-nin tərkibindəki 4 zavod və 2 köməkçi sahədə ümumi ilkin alüminium istehsal gücünün ildə 50 min tona yaxın olduğu bildirilib. Müəssisə rəhbərliyi ilə aparılan müzakirələrdə dayanıqlı xammal təhcizatının təmin olunması, ilkin alüminium istehsalının genişləndirilməsi, dərin emal prosesinin aparılaraq müxtəlif məhsulların istehsalının təşkili, istehsalın optimallaşdırılması və rəqabətqabiliyyətliyinin artırılması məsələləri müzakirə olunub. Gəncə Avtomobil Zavodunda olan İqtisadiyyat naziri müəssisənin mövcud istehsal gücü, yeni növ texnikasının, o cümlədən traktorlar, digər kənd təsərrüfatı texnikası və avtobusların yığımı üçün potensialı və satış imkanlarını müzakirə edib.
- Baxış: 468