Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru vəzifəsində işləmiş Natiq Məmmədoun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Onun 2012-ci ilin fevral ayında Müəllimlər İnstitutunun Qazax fililalının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin müəssisənin inzibati binasında direktordan 400 min manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr yaranıb. Məlum olub ki, o, 2014-cü ilin mayında “Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatına məxsus olan 15 min 600 manatı ələ keçirib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Daha bir vətəndaşı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsi və ya Yanğından Mühafizə Xidmətinin Göygöl rayon şöbəsində işlə təmin olunmasına köməklik göstərilməsi müqabilində 7000 manat pul verməyə təhrik edib. Həmin şəxsdən 5000 manat pul alıb. Natiq Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 823