• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1855
— 25.09.2020 15:44

Evlərdən və avtomobildən oğurluq ediblər

KepezTV Player

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları Bakıda evlərdən və avtomobildən oğurluq edənləri ifşa ediblər. Xəzər rayonu ərazisində 3 evdən noutbuk, mobil telefon, velosiped, 3000 manat pul, televizor, kondisioner, həmçinin “Audi” markalı bir avtomobildən 3700 manat pul götürməkdə şübhəli bilinən Şərur rayon sakinləri əvvəllər məhkum olunmuş Seyidov və Abdullayev müəyyən edilərək tutulublar.