• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2153
— 24.09.2020 20:39

Zavodda yeni tədris korpusu

KepezTV Player

Son illər bəzi universitetlər yüksək kadr hazırlığı və elmi tədqiqat işlərinin aparılması üçün bir sıra işlər həyata keçirir. Buna ölkədə fəaliyyət göstərən müəssisələrin nəzdində yaradılan tədris korpuslarını misal göstərmək olar. Bu gün Gəncədə Aluminium zavodunda açılışı olan Azərbaycan Texniki Universitetinin korpusu da belələrindəndir.

Müəssisə ilə əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayan tədris filialının açılışında AzTU-nun rektoru Vilayət Vəliyev, "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə, universitetin və kompleksin nümayəndələri iştirak edib. Yeni qurulan tədris sahəsinin bölgədə metallurgiya sahəsində kadr hazırlığının inkişafına təkan verəcəyi, metallurgiya və materialşünaslıq fakültəsinin tələbələrinin hazırlığında mühüm rol oynacağı vurğulanıb. İki tədris otağıda Texniki Universitetin bakalavr, magistr və doktorantları ilə yanaşı, gələcəkdə təhsil ocağının nəzdindəki texniki, rabitə və nəqliyyat kollecində oxuyanlar da təhsil alacaq.

Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru: Bu bizim metallurgiya və materialşünaslıq ixtisası üzrə fakültəsinin əsas dayaq nöqtəsi olacaq. Bu istiqamətdə bizim hədəflərimiz ilk növbədə müəssisənin kadr potensialını universitetimizin tədris prosesinə cəlb etmək istəyirik. Eyni zamanda müəssisənin texnoloji imkanlarını həm kadr hazırlığına, həm də elmi tədqiqatların aparılmasına yönəltmək istəyirik.

Zavodda iş prosesi ilə tanışlıq zamanı tələbələrin tədris müddətində təcrübə ilə yanaşı elmi-tədqiqat işləri aparması üçün lazımi imkanların olduğuna diqqət çəkilib. Universitetin Gəncə ilə bağlı başqa planları bununla yekunlaşmır.

Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru: Bizim çox yaxın gələcək üçün internet akademiyamız fəaliyyət göstərəcək. Biz Gəncə zonasında olan texniki istiqamətlərə həvəsi olan orta məktəblərdəki istedadları seçmək istəyirik. Bu Gəncə Aluminium zavodun infrastrukturu daxilində belə texniki istedadlı şagirdlərimizlə bağlı müəyyən təhsil proqramımız var. Onu da biz bu müəssisəylə birgə həyata keçirmək istəyirik.

Texniki universitetdə metallurgiya və materialşünaslıq fakültəsində təhsil alan 100-dən çox tələbədən ilkin mərhələdə 20-yə yaxın magistr<br>Gəncə Alüminium zavodunda tədrisə cəlb olunacaq.