• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1874
— 24.09.2020 20:32

Sahibklarlara nəzarəti gücləndirmək tövsiyyə edilib

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları ictimai iaşə obyektlərində maarifləndirici reyd keçirib. İaşə obyektlərində xüsusi karantin rejimi qaydalarına əməl edilməsi yoxlanılıb, neqativ halların baş verməməsi barədə tövsiyyə verilib.

Masalar arası məsafənin 2 metr olması, müştərilərin oturacaqlarının 1 metrdən az olmaması, COVİD 19 infeksiyasına qarşı digər qaydalara riayət olunması diqqət çəkən məqam olub.

İaşə obyektində xidməti personal arasında əlcək taxmayan işçilərə rast gəlindi ki, onların da qaydalara riayət edilməsi tapşırıldı.

Zaur Qasımov inzibatçı:Nöqsanlarımız var. Onu da aradan qaldıracağıq. Göstəririk indən sonra da göstəcəyik.

Vüsal Cəfərov inzibatçı:Olan nöqsanları bizə bildirdilər və tez bir zamanda aradan qaldırıldı. İndən sonrada hamısı öz qaydasında gedəcəkdir.

İaşə obyektlərin mətəmadi olaraq dezinfeksiya edilməsi, şəxsi gigyenik qaydalara əməl edilməsi sahibkarlar qarşısında tələb olaraq qoyulub.

Səbuhi Qəhrəmanzadə AQTA-nın Gəncə regional bölməsinin böyük məsləhətçisi:Tərəfimizdən bütün ticarət obyektlərindən həmçinin iaşə obyektlərindən Nazirlər kabinetinin qərarına əsasən  metodik göstərişlər təqdim edilmiş və izah edilmişdi. Bunlardan ictimai iaşə obyektlərin girəcəyində obyektin müştəri qəbul edəcəyi sahəyə görə sayı və məlumat löhvəsi, obyektin girəcəyində müştərilər üçün dezinfeksiya məhlulları ilə təmin olunması sahəsi ayrılması, ümumi obyektin dezinfeksiya işlərinin görülməsi, işçilərin təmiz geyimlərlə təmin edilməsi və şəxsi gigiyenalara əməl edilməsi, tibbi maskadan və əlcəkdən istifadə edilməsi, mütamadi olaraq tibbi müayinədən keçirilməsi mütləqdir.

Analoji yoxlamalar bölmənin əhatə etdiyi digər rayonlarda da davam etdirilir.

Elnur Vahidoğlu