• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2095
— 24.09.2020 20:29

Avtobuslar virusu yayır, ya yox?

KepezTV Player

Etiraf etmək lazımdır ki, bu gün nəinki korona, digər təhlükəli virusların yayılması ilə bağlı ən böyük təhlükə mənbəyi elə ictimai nəqliyyatdır. Çünki hər gün minlərlə insan avtobuslardan istifadə edir və onların tutacaqları, oturacaqları ilə təmas olur. Belə olan halda gigiyena qaydalarına riayət olunması bizi müəyyən xəstəliklərdən qorusa da risk həmişə var. Elə buna görə də həmin ictimai nəqliyyat vasitəsitələrinin təmizlənməsi son dərəcə vacibdir. Bəs bununla bağlı şəhər nəqliyyatında hazırki vəziyyət necədir? Avtobuslar vaxtı-vaxtında təmizlənir ya yox?

sürücü: Mütəmadi olaraq hər səhər dizenfeksiya olunur, avtobus təmizlənir. Qarajda maşınlar işə çıxmazdan qabaq...

sürücü: Hər gün təmizlənir. Yuyucular təmizləyirlər..

Bəs görəsən, mövcud vəziyyətdə şəhərdaxili fəaliyyət göstərən avtobusların təmizliyindən sərnişinlər nə dərəcədə razıdır?

şəhər sakini: 11 təmizdir. 2 nömrəlilər yaxşıdır. 14 nömrəliyə diqqət eləsələr yaxşı olar.

şəhər sakini: Bir dənə 4-ə minirəm. Lap qəşəngdir, vallah hə..

şəhər sakini: Daha çox 2 və 1 nömrəli avtobusdan istifadə edirəm. Təmizliyindən razıyam.

İctimai nəqliyyatda təmizliyi kimin təmin etməli olduğuna gəldikdə,

Cavabdeh şəxslər hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Avtobusların təmiz qalması üçün bütün lazımi tədbirlər aidiyyyatı üzrə həyata keçirilir.

Fuad Rüstəmli Gəncə şəhər Nəqliyyat İdarəsinin Sərnişindaşıma şöbəsinin rəisi:Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bizim qarajlarda dezinfeksiya işləri həyata keçirilir. Əməkdaşlarımız tərəfindən həm, həm də səhər avtobuslar yoxlanılır. Maşınlar axşamlar qarajın öz avtoyuma məntəqəsində yuyulur və ondan sonra xəttə buraxılır. Şəhərdə aşkarlanan bəzi çirkli avtomobillər əməkdaşlarımız tərəfindən avtoyuma məntəqəsinə yollanır.

Bəli, qanunlar, qaydalar insanları,onların sağlamlığını qorumaq üçündür. Amma avtobuslarda təmizlik,  dezinfeksiya işləri yalnız qanun tələb etdiyi üçün aparılmamalıdır. Cavabdeh şəxslər anlamalıdır ki, bu insanların sağlamlığı üçündür. Axı ordakı tutacaqlara əl vuranlar arasında uşaqlar, həmçinin sizin yaxınlarınız da ola bilər.