KepezTV Player
Həll olmamış münaqişələr bölgənin təhlükəsizliyinə ciddi təhdid doğurur. Bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov qonşu ölkəyə rəsmi səfəri çərçivəsində Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşündə bildirib. Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi son hərbi təxribatlarla bağlı məlumat verib. Münaqişənin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həllinin vacibliyi vurğulanıb. David Zalkaliani Gürcüstanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb.
- Baxış: 181